Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanda Dağlıq Qarabağ deyilən ərazi vahidi yoxdur

0

  •          "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində plenar iclas keçirildi. Plenar iclasda Azərbaycanın Prezidenti və Birinci xanımı, Gürcüstanın Baş naziri, Ermənistanın baş naziri, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini də iştirak ediblər. Üç ölkənin rəhbərləri ilk dəfə bir araya gəldikləri üçün, dövlət başçımız bu görüşü tarixi görüş adlandırıb. Plenar iclasda ilk müzakirə bir ildən çox davam edən Rusiya - Ukrayna müharibəsinin qonşu ölkələrə olan təsirindən danışıldı. Cənab Prezidentimiz öz fikirlərini bildirərək qeyd edib,bizim öz müharibəmiz olub. 44 gün çəkmiş müharibə iki ildən bir az çox əvvəl baş vermişdir. Biz müharibənin nə olduğunu bilirik. Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik. Buna görə, biz təbii ki, istəyirik Avrasiyada sülh bərqərar olunsun. Bizə birbaşa təsiri olmayıb, lakin birmənalı olaraq ümumi geosiyasi vəziyyət tamamilə dəyişib. Bəzi ənənəvi tərəfdaşlarla ticari əməkdaşlıq sahəsində müəyyən çətinlikləri görə bilərik. Eyni zamanda, xüsusən də daşımalar layihələrinə gəldikdə, bəzi üstünlüklər də var. Azərbaycan uzun illər ərzində müasir daşımalar və logistika infrastrukturunun yaradılmasına yatırımlar edib. Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan vasitəsilə Avropaya yönəldilməsi əlavə imkanlar açır. Biz Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində çalışırıq. Ümid edirik ki, biz bu işi gec yox, tezliklə tamamlayacağıq. Rusiya diqqətini Ukraynaya yönəldib. Dağıdıcı müharibə gedir və biz bu müharibəni dayandırmaq üçün əlimizdən gələni etməliyik. Sülhün alternativi yoxdur. Dağlıq Qarabağ sözü artıq qüvvədən düşüb, əslində Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılır. Ölkəmiz bunu etməyə hazırdı, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə deyil. Dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan demək olar ki, 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Beləliklə, yol açıq olduğu halda biz bunu necə blokada adlandıra bilərik?! Tarixə nəzər salsaq, Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Biz heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur. Beləliklə, biz onun dondurulmadığını sübut etdik. Biz ləyaqətimizi, ərazi bütövlüyümüzü və ədaləti bərpa etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq. Qarabağda bugünkü vəziyyəti və ya oradakı erməni icması ilə əlaqələrimizi kontekstdən çıxararaq 30 illik işğalı, Livan böyüklüyündə ərazinin tamamilə xarabalıqlar içində olduğunu unutmamalıyıq. Bu, yadplanetlilər tərəfindən edilməyib, gəlib bizim torpağımızı işğal etmiş, bir milyon azərbaycanlını evindən didərgin salmış, 67 məsciddən 65-ni dağıtmış, onları təhqir etmiş qonşularımız tərəfindən edilib. Biz onları qovandan sonra indi onlar ədalət üçün yalvarırlar. Onlar -ərazimizi 30 il ərzində işğal altında saxlayanlar bizi işğalda günahlandırırlar. Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq.Prezidentimizə plenar iclasda Sülh danışıqlarında vasitəçi kimi ABŞ-nin çıxış etdiyini söyləmişdiniz. Görünən odur ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində öz rolunu itirmişdir. Bunu şərh edə bilərsinizmi? sual verildi. Dövlət başçımız öz fikirlərini qeyd etdi. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platformamız var. Onlardan biri Brüssel formatı adlandırdığımız platformadır. Biz bir daha Brüssel prosesinə sadiq olduğumuzu təsdiqlədik. biz ABŞ, Rusiya və indi də Aİ tərəfindən təşkil olunmuş platformada bir araya gəlmişik. Lakin Fransa hökuməti birtərəfli ermənipərəst mövqe tutduğundan o, bu platformada artıq iştirak etmir. Aydındır ki, vasitəçi olan tərəf tuta və bunu nümayiş etdirə bilməz. Bu, sizin sualınıza olan cavabımdır deyən Cənab İlham Əliyev fikrini tamamlayıb. Hər kimsə bu iki ölkənin razılığa gəlməsinə kömək edərsə, çempion medalını qazanacaqdır. O ki qaldı, sülh danışıqlarına biz bu mövqeyi başa düşə bilərik, lakin bizim təcrübəmiz göstərir ki, sülh danışıqları bəzən çox uzanır. Biz 28 il boyunca sülh danışıqları aparmışıq. Əgər biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, bu sülh danışıqları daha 28 il çəkəcəkdi. Belə bir vəziyyət Ermənistanı tam qane edirdi. Çünki onlar vəziyyəti dondurmaq, torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdilər. Bu vəziyyət, həmçinin Ermənistanın dünyanın müxtəlif bölgələrindəki dostlarını qane edirdi. Lakin bu, bizi qane etmirdi. Buna görə də biz hazırlaşırdıq, səylərimizi səfərbər edirdik, yeni nəsil böyüdürdük. Cavan olduqları və Ermənistan o torpaqları işğal etdikdə hələ anadan olmadıqları üçün heç zaman görmədikləri torpaqlara qayıdan və oraları işğaldan azad edən bir nəsil yetişdirirdik. Biz haqqımızdan istifadə etdik. Biz öz ərazimizdə döyüşmüşük. Bizim apardığımız müharibə torpaqların azadlığı uğrunda müharibə idi. Ona görə də o, ədalətli müharibə idi. Apardığımız müharibənin məqsədi torpaq işğal etmək deyildi. Biz öz tarixi torpaqlarımızı işğaldan azad etməli idik, etdik.Ümid edirəm ki, Avropa İttifaqının rəhbərliyi ilə keçirilən danışıqlar uğurlu olacaq. Həm Avropa, həm Azərbaycan ancaq qazanc əldə edə bilərlər və faktiki olaraq biz bunu edirik. Şübhəsiz ki, ölkəmizin maraqları daha güclü şəkildə təmin ediləcək.Aydın Əliyev,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib41 dəfə
    Azərbaycanda Dağlıq Qarabağ deyilən ərazi vahidi yoxdur

    Maraqlı gələ bilər
    39
    41
    49
    77
    55